Bu gün səhər saatlarından Mingəçevirdə avarçəkmə yarışlarına başlandı (yenilənir)
Yığma komandamızın daha bir üzvü İnna Rdomska-Osipenko qadınların kayak yarışında uğurla çıxış edib. O, 500 metr məsafəni 1 dəqiqə 51,224 saniyəyə qət edərək finiş xəttinə ikinci çatıb. İnna Rdomska-Osipenko yarımfinalda ikinci yürüşdə beşinci zolaqda mübarizə aparacaq. Azərbaycanı avarçəkmə yarışlarında təmsil edən İnna Rdomska-Osipenko ilə yanaşı Taras Matviyçuk, Sergey Bezuqlıy və Aleksey Kupin də yarımfinala yüksəliblər. […]