Browsing monthly archive

İyun 2015

“Seçki hamımızın həyatından keçir”

İyunun 30-da QHT Forumunun Mingəçevir resurs mərkəzində İctimai Problemlərin Tədqiqi Assosiasiyası (İPTA) “Milli Məclisə seçkilərin demokratik və şəffaflığına dəstək üçün regionlarda maarifçilik işlərinin həyata keçirilməsi” layihəsini gerçəkləşdirib.  Təşkilatın rəhbəri Məhərrəm Zülfüqarlı Milli Məclisə seçkilər zamanı milli qanunvericiliyin tələblərindən və beynəlxalq təcrübədən danışıb. Mingəçevir İH-nin nümayəndəsi Sahib Əliyev, tarixçi  Əmrah Mədətov, “Ekotes” İB-nin sədri  Çingiz Nəzərov […]

Mingəçevirli alimin yeni monoqrafiyası elmi şurada bəyənilib

Bu günlərdə Sahib Əliyevin yeni monoqrafiyası işıq üzü görüb. Kitab Mingəçevir Politexnik İnstitutunun elmi şurasında bəyənilib və çapı məsləhət görülüb. Burada pedaqoji təmayüllü ali məktəblərdə tədris olunan ictimai fənlər arasında əlaqənin yolları və imkanları araşdırılır. Bu zaman maraqlı elmi nəticələrə gəlinir və bu əlaqələr konkret faktlar əsasında ortaya qoyulur. Buna bir səbəb də respublikamızın müstəqillik […]

UYM-nın nümayəndələri əsgərlərə məktub gətirdilər

İyunun 26-da  “N” saylı hərbi hissəsində  Silahlə Qüvvələr gününü əsgərlər ictimauyytə nümayəndələri, o cümlədən məktəbli oğlan və qızlarla birgə qeyd ediblər. Mingəçevirdəki Uşaq Yaradıcılıq Mərkəzinin nümayəndələri məktəb yaşlı uşaqların hazırladıqları məktubları əsgərlərə çatdırıblar. Bu məktubları yazanlar Qarabağı azad edəcək ordumuzun sıravi və zabit heyətinə arzularını çatdırıblar. Uşaqların əsgərlərlə söhbətləri və birgə rəqsləri bayram gününün ən […]

GİZ “Azərbaycanın vergi qanunvericiliyi və onun tətbiqi məsələləri” mövzusunda müsabiqənin nəticələrini açıqlayıb

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) „Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma”  regional proqramı jurnalistlər arasında “Azərbaycanın vergi qanunvericiliyi və onun tətbiqi məsələləri” mövzusunda keçirdiyi məqalə müsabiqəsinə yekun vurub. Müsabiqəyə vergi hüququna həsr olunmuş məqalələr, o cümlədən vergitutmanın əsaslarını və prinsiplərini, vergi növlərini, onların ödənilməsini, vergi orqanlarının səlahiyyətlərini, vergi ödəyicilərinin hüquqlarını və digər məsələ və problemləri […]

MVA Yevlaxda sosial problemlərlə bağlı təlim keçəcək

Sosial problemlər heç birimizdən yan keçmir. Bütün bunları nəzərə alaraq, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi layihə çərçivəsində iyulun 7-də saat 10.30-da  Yevlax şəhərində, Heydər Əliyev Mərkəzində sosial problemlərlə bağlı təlim təşkil edir. Təlimi  birliyin rəhbəri Fərman Nəbiyev, hüquqşünas İnqilab Həsənov və layihə jurnalisti Yeganə Nəbiyeva aparacaqlar. arzu edənlər təlimdə iştirak edə bilərlər. Layihə Azərbaycan Respublikası Prezidenti yanında […]

Dövlət qulluqçuları daim diqqətdədir

“Mingəçevirdə 2015-ci il yanvar ayının 1-nə 203 nəfər ştat cədvəli üzrə dövlət qulluqçusu vəzifəsi təsdiq olunduğu halda, faktiki olaraq dövlət qulluğu vəzifələrində çalışan işçilərin sayı 192 nəfər  olub. Həmin tarixə dövlət qulluğunda çalışanların          43,2%-ni və ya 83-nü  qadınlar təşkil edıb. Dövlət qulluğunda işləyənlərin 69,8%-i və ya 134 nəfəri inzibati vəzifələrin 4-7-ci təsnifatları üzrə, 30,2%-i və […]

Vətənində vətəndaşlıq ala bilməyənlər

46 il ərzində vətəndaşlıq ala bilməyən azərbaycanlı Hazırda Mingəçevirdə məskunlaşan Təranə xanımın 54 yaşı var. Göyçayda doğulub, elə orta təhsilini də rayondakı 4 və 9 saylı məktəblərdə alıb. Dediyinə görə, valideynləri ötən əsrin 50-ci illərində İran İslam Respublikasından Azərbaycana gəliblər: “Dövlət Miqrasiya Xidmətinə rəsmi müraciət edərək, mənə Azərbaycan vətəndaşlığının verilməsini xahiş etsəm də, müraciətim illər […]

İngiltərəli jurnalist ölkəmizin füsunkar gözəlliyindən danışdı

Birinci Avropa Oyunlarında mükafata layiq yerlər uğurunda mübarizə aparacaq idmançılarla yanaşı, ölkəmizə çoxlu sayda əcnəbi jurnalistlər də gəlib. Onlardan biri İngiltərədən gələn Liam Morgandır. Onunla  görüşüb, yarışları necə izlədikləri barədə müsahibə aldıq. Liam bildirdi ki, onlara yarışları izləmək üçün çox yaxşı şərait yaradılıb: “Birinci dəfədir ki, Mingəçevirdəyəm. Özümü çox yaxşı hiss edirəm, çox gözəl şəhərdir.Yarışlar […]

Belorus qardaşlar: “Əla. Çıxışımız möhtəşəm oldu”

-Yarışlar necə keçdı? -Əla. Çıxışımız  möhtəşəm oldu. Bu qızıl medal üşün çox məşq etdik. Bizim üçün Azərbaycan doğmadır. Ölkələrimiz dostluq edirlər.Burda insanların isti münasibəti özünü göstərir. Çox sevincliyik ki, məhz Azərbaycanda keçirilən 1-ci Avropa Oyunlarında qızıl medalı qazandıq. -Güclü rəqibləriniz kimlər idi? -Almaniya, Macarıstan, Rusiya və Çexiya idmançıları idi. Bəzən kimsə güclü, kimsə zəif iştirak […]

2-ci yer ilk deyil, amma necə deyərlər, olan oldu…

Kayak-dördlük 1000 m məsafədə yarışlarda qızıl medalı macarlara “verib”, özləri 2-ci yerin qalibi olan Rusiya komandasının nümayəndəsi Vasili Poqreban deyir ki, heç bir problem yaşamayıblar: “Sadəcə, biz layiq olduğumuzu qazandıq. Finişə çatanda gözləmədiyimiz halla rastlaşdıq. Əslində, biz kənarla gəlirdik. Onlar isə bir qədər səmtlərini dəyişdilər. Biz onları görmədik”. -Amma ikinci yer də pis deyil. Təəssüratlarınızi […]