Browsing monthly archive

May 2015

“Binanın içi sizindir, çölü bizim”

Mayın 19-da Bakıda çoxsaylı insan ölümü ilə nəticələnən yanğın hadisəsindən sonra paytaxtda olduğu kimi, Mingəçevirdə də tezalışan maddələrlə üzlənmiş binalarda örtüklərin sökülməsinə başlanıb. Şəhər İcra Hakimiyyətindən aldığımız məlumata görə, bununla əlaqədar İH başçısının birinci müavini İlham İsmayılovun rəhbərliyi ilə xüsusi komissiya yaradılıb və ilkin araşdırma nəticəsində 10 binanın üzlüyünün sökülməsi qərara alınıb. Təəssüf ki, İH-dən […]

“Ənənəvi İslam dəyərləri və müasirlik”

Mayın 14-də Mingəçevirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və şəhər icra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib. Tədbirdə bölgədə fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, ilahiyyatçılar iştirak ediblər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdəki dini durumdan danışıb, şəhərdə qeydiyyatdan keçən dini icmaların hamısına […]

Mingəçevir, 9 may

Səhər tezdən ictimaiyyət nümayəndələri və Böyük Vətən Müharibəsi iştirakçıları Qələbə abidə kompleksi” önünə gələrək, qarşısına əklil və tər güllər düzüb, müharibə qurbanlarının xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Orta ümumtəhsil məktəblərinin şagirdləri Mingəçevirdə yaşayan 9 nəfər müharibə iştirakçısına və arxa cəbhə veteranına gül dəstələri təqdim ediblər. “N” saylı hərbi hissənin əsgərləri və məktəblilər nümunəvi sıra keçidi […]

Fərdi repetitorlar qazanclarından niyə vergi ödəmirlər?

“Hələ ki, dəyib-dolaşan yoxdur” Sevda xanım rus dilini tədris edir: “Məktəbdən gələndən 2 saat sonra hazırlığa gələn şagirdlərimlə məşğul olmağa başlayıram. Çox yoruluram. Normal əmək haqqım olsa, repetitorluqla məşğul olmaram. Hələ ev qayğıları bir yana, xeyir və şər məclislərinə getməliyəm. Vaxt tapıb əzizlərimi görməyə də gedə bilmirəm. Səhhətimdə problemlər var. Vaxtaşırı qazancımın bir hissəsini iynə-dərmana […]

Təhsil və idman sahəsində fərqlənən şagirdlər mükafatlandırıldı

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təhsil və idman sahəsində yüksək nəticə göstərən orta məktəb şagirdləri, onların müəllim və valideynləri ilə görüşüb. Ötən ilki məzunların ali məktəblərə qəbul imtahanlarında, olimpiada və bilik yarışlarında qazandıqları uğurlardan ətraflı söz açılan tədbirdə məktəblilərə dəyərli tövsiyələr verilib. Gənc və yeniyetmələrin elmə olan marağını daha da artırmaq, onları təhsil sahəsində böyük […]

Kürün Mingəçevirdəki sahili bir neçə sahibkar tərəfindən zəbt edilib

Havanın hərarətinin 40 dərəcədən yüksək olması insanların səhhətinə mənfi təsir göstərir. Günvurmadan ehtiyat edən insanlar axşamlar Kürün sahilinə çıxıb təmiz və bir az da nisbətən sərin hava almaq istəyirlər. Lakin sahildə də istədiklərinə nail olmayan Mingəçevir sakinləri onları bundan məhrum edən məmurların ünvanına iradlar yağdırırlar. Məsələ bundadır ki, hər bir Azərbaycan vətəndaşının AP-nın Konstitusuyasına uyğun […]

Azərbaycanda sığorta bazarı niyə yerində sayır?

“İldə cəmi 150 manat ödəyirəm, evdə də arxayın yatıram” Knyaz Kərimov “Sputnik AEM” adlı marketini 30 il əvvəl tikdirib və yeddi il əvvəl həyat yoldaşına icarəyə verib. Xanımı Gülbəniz Kərimova da ehtiyatlı tərpənib, vaxtı itrirmədən obyekti sığortaladıb: “2007-ci ildə “Azərsığorta” şirkəti ilə obyektin yanğından mühafizəsi məqsədilə sığorta müqavilə bağladım. Aradan heç 3 ay keçməmiş mağaza […]

Media azadlığı media məsuliyyəti fonunda

Məqsəd mətbuata daha da çox azadlıq verməkdir Dünyanın sivil ölkələrində olduğu kimi, Azərbaycanda da KİV-in normal fəaliyyət göstərməsi üçün hüququ və iqtisadi baza mövcudur. 16 il əvvəl mətbuat üzərində senzuranı həyata keçirən dövlət nəzarəti orqanı ləğv edilib, medianın iqtisadi müstəqilliyini möhkəmlətmək üçün \”Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası\” qəbul edilib, Azərbaycan Respublikasının […]