Browsing monthly archive

May 2015

Mingəçevir polisi yeni inzibati binada

Azərbaycan Respublikasının Daxili İşlər naziri Ramil Usubov mayın 30-da Mingəçevirə gəlib. O, şəhər polis şöbəsinin yeni inzibati binasının son tamamlama işləri ilə maraqlanıb. Məlumat üçün bildirək ki, DİN-in sifarişi ilə tikintisinə bir il əvvəl başlanmış inzibati bina layihə üzrə və yüksək səviyyədə tikilib. Burada polis işçiləri, eyni zamanda müvəqqəti saxlanılan şəxslər üçün nümunəvi şərait yaradılıb. […]

Mingəçevir Liseyində “Son zəng”

Birincilər onları şən və şux rəqsləri ilə təbrik ediblər. Liseyin direktoru Aidə İsmayılova bildirib ki, 2014-2015 tədris ilində lisey bir çox uğurlara imza atıb. Belə ki, ikinci dəfə “İlin ən yaxşı məktəbi”müsabiqəsinin qalibi olub, buraxılış imtahanlarının nəticələrinə görə respublikanın 20 ən yaxşı məktəbi sırasına daxil edilob. Fənn olimpiadalarında liseyin şagirdləri 1 gümüş, 2 bürünc müdal […]

Bakıda binaların üzlənməsinə çəkilən xərclərlə bağlı sensasiyalı faktlar üzə çıxdı

“Bizim Yol” qəzetinin əməkdaşı Satınalmalar Üzrə Dövlət Agentliyinin web-saytında 2010-2015-ci illər üzrə keçirilən müsabiqələrin reyestr məlumatlarını araşdırıb. Yanğına görə hazırda bəzi rəhbər şəxsləri həbsdə olan \”Global Construction\” MMC-nin fasadların üzlənməsi ilə bağlı 5 il ərzində yalnız iki tenderdə iştirakını təsdiqləyən məlumat var. 2013-cü ildə Mingəçevir İcra Hakimiyyətinin sifarişi ilə adıçəkilən şirkət \”şəhərdə yüksək mərtəbəli yaşayış […]

İstək liseyinin ilk məzunları müstəqil həyatın astanasında

Öncə Qarabag şəhidlərinin və 19 mayda Bakıda yanğın nəticəsində dünyasını dəyişənlərin ruhu yad edilib. Azərbaycan Respublikasının Dövlət himni oxunduqdan sonra Liseyin direktoru Saday Möhnətov məktəbin nailiyyətlərindən danışıb: “Şagirdlərimiz fənn olimpiadalarında iştirak edib, riyaziyyat, fizika və informatika fənləri üzrə bir qızıl, iki gümüş və bir bürünc medal qazanıblar. Bakı 2015 Avropa Oyunları ərəfəsində paytaxtda və bölgələrdə […]

“Orta təhsildə sivil məktəb şuralarının təbliği” layihəsi həyata keçirilir

Bu müddətdə həm Bərdədə yerləşən 1 saylı Ağdam Məcburi Köçkün Məktəbində, həm də Mingəçevirdəki 10 saylı Tam Orta Məktəbində təhsilin idarə olunmasında valideyn iştirakçılığının və səriştəliyinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb. Pilot məktəb kimi seçilən 10 saylı məktəbdə valideyn-müəllim-şagird üçlüyündən ibarət nümunəvi məktəb şurasını formalaşdırmaq üçün seçki keçirilib. Burada üzvlüyə namizədlər irəli sürülüb. Gizli səsvermədən […]

Sehrli aləmin möcüzəsi

Bax musiqisinin sehri tədbirə toplaşanları valeh edib. Təsadüfi deyil ki, onu polifonik musiqinin atası adlandırırlar. Çünki bu janrı Bax qədər gözəl bilən ikinci bir bəstəkar doğulmayıb. Baxla rəqabətə girəcək insanın olmaması onun dahiliyini təsdiq edir. Lakin Baxın Azərbaycanın “Bayatı Şiraz” muğamından “Re minor Tokkata və Fuqa”sında istifadə etməsi sübut edir ki, ən dahi bəstəkarlar belə […]

Сəzasız cinayət

Qadınlar üçün “ana” kəlməsini eşitmək dünyanın ən böyük xoşbəxtliyidir. Dünyaya uşaq gətirmək bir xanımın ən xeyirli əməlidir. Bəs qadınları “arzuolunmaz” hamiləlikdən qurtulmağa nə vadar edir. Bunun günah olduğunu bilirlərmi? Danılmaz həqiqətdir ki, gənc adamın ölümü qocanın ölümündən daha üzücü olur. Çünki cavan həyata yenicə başlamışdır və onun ləzzətini hələ dadmamışdır. Zənnimcə, ana bətnindəki körpəni qətli […]

Jurnalistlər üçün hüquq məktəbi

Həyatın bütün sahələrində insanların öz hüquqlarını bilməsi vacibdir. Amma bir sıra peşələr var ki, bu sahədə hüquqi biliklərin olması gündəlik iş şaraitinin tələbidir. Jurnalistika da məhz belə sahələrdən biridir. Bu peşə sahibləri işlərində hüquqi problemləri olan vətəndaşlarla tez-tez işləyirlər. Ölkəmizdə jurnalistika ixtisasının tədrisi zamanı hüquqi biliklər verilmədiyindən onlar bu sahədə çətinliklə qarşılaşırdılar. Amma uzun müddətdir […]

2 qrupda 3000-ə yaxın gənc birləşib

Mayın 21-də YAP Mingəçevir şəhər təşkilatının Gənclər Birliyi şəhər təşkilatının qərargahında yığıncaq keçirib. Öncə 19 may 2015-ci ildə Bakı şəhəri Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğın zamanı dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. GB ŞT-nın sədri Bəxtiyar Mustafayev YAP Gənclər Birliyinin IV hesabat-seçki konfransında Mingəçevir gənclərinin iştirakı, YAP-nın sədr müavini, İcra […]

Poçtxana, mən və KİVDF

İnanmasam da, şeytan məni aldatdı Yanvar  ayının sonlarında KİVDF-nin yazı müsabiqəsi ilə bağlı elanına rast gələndə iştirak edib-etməməyim barədə xeyli düşündüm. Doğrusu, nə gizlədim, fondun müsabuqələrinin obyektivliyinə o qədər də inanmıram. Çünki bir-iki dəfə məqalə göndərmişdim, amma zəif, heç bir ekspert rəyinə əsaslanmayan, qəhrəmanı olmayan yazılara mükafat verildiyini görürdüm. Həm də anlamışdım ki, bu müsabiqədə […]