Browsing monthly archive

İyun 2014

Əsgərlər bayramlarında mingəçevirlilərlə birgə oldular

Silahlı Qüvvələrimizin yaranmasının 96-cı ildönümü münasibəti ilə Mingəçevir ictimayyətinin nümayəndələri “N” saylı hərbi hissənin qonağı olublar. Ordu günü ilə bağlı təşkil olunan təntənəli mərasim Dövlət Himnimizin səslənməsi və Müdafiə naziri Zakir Həsənovun əsgər və zabitlərə təbrik məktubunun oxunması ilə başlanıb. Hərbiçiləri təbrik edən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov ordu quruculuğu sahəsində […]

26 iyun- BMT-nin Ümumdünya Narkotiklərlə mübarizə günüdür

Bunu Gənclər Evində keçirilən Narkotiklərlə mübarizəyə həsr olunmuş tədbirdə həkim Nurəddin Ələkbərov söyləyib. O bildirib ki, narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır.Narkotiklərdən ilk dəfə XVIII əsrin əvvəllərində istifadə olunmuşdur. […]

Mingəçevirlilər tullantıları necə idarə edirlər?

Nə etməli ki, məişət tullantıları həyatımızı zəhərləməsin, əksinə bizə fayda versin? Son illərdə ölkəmizdə ciddi müzakirə edilən bu problemin həlli məqsədilə bir ay əvvəl Mingəçevirdə kağız və plastik qabların qəbulu məntəqəsi yaradılıb. Şəhərin müxtəlif yerlərində “Təbiəti qoruyaq” adlı maarifləndirici lövhələr qoyulub. İqtisadi İinkişaf Nazirliyinin xətti ilə Yaşıllaşdırma və Sanitar İdarəsinin nəzdində belə məntəqənin açılması ekologiyanın […]

Futbol üzrə şəhər kubokuna yekun vuruldu

Gənclər və İdman İdarəsinin və Mingəçevir Bələdiyyəsinin təşkilatçılığı ilə Yaşar Məmmədzadə adına şəhər stadionunda futbol üzrə Mingəçevir kuboku keçirilib. Yarışlarda şəhərin müəssisə və təşkilatlarının 12 komandası mübarizə aparıb. Finalda MİS-7 A birinci, MİS-8 ikinci, “Zülfüqar” isə üçüncü yerə sahib olublar. Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli və Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev qalibləri təbrik […]

“Köhnə qalmaqallar geridə qaldı”

Səxavət Məmədov bir müddətdir ki, Mingəçevir Dövlət Dram Teatırının direktoru kimi fəaliyyət göstərir. Ziyalı ailəsində dünyaya göz açan S.Məmmədov İqtisadiyyatın idarə olunması ixtisası üzrə təhsil alsa da, ali məktəbi bitirdikdən sonra əsasən media sahəsində çalışıb, daim insanlarla təmsda olub. Bu da müsahibimizə rəhbər vəzifədə işləməyə böyük imkanlar yaradıb. -Məlumdur ki, bu şəhərin sənət məbədi olan […]

Musiqi məktəbinin növbəti uğuru

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi respublikada musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 2014-cü ilin aprel – may aylarında uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsini təşkil edib. 2 turdan ibarət olan müsabiqə tar, kamança, kanon, qarmon, […]

Su hövzələrində insanların təhlükəsizliyi təmin olunurmi?

İyunun 20-də Mingəçevir Media Mərkəzində “2014-cü ilin yay çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması\” mövzusunda tədbir keçirilib. Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin (ARM) ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Məzahir Qaçayev bildirib ki, bu gün yay mövsümü ilə bağlı çimərliklərin təhlükəsizlik baxımından tam hazır vəziyyətə gətirilməsi, mövcud ərazilərdə sanitar-gigiyenik qaydalara əməl olunması və […]

“Kişi güclü, qadın zəif cins deyil”

Gənc bir qadın Mark Tvendən soruşur: “Sizə elə gəlmirmi ki, ən yaxşı hakim qadınlar ola bilər?” -Təkcə hakim yox, -deyə Mark Tven etiraz edir, -həm də ən yaxşı cəllad! Bir çox Azərbaycan kişiləri alimenti ödəmir Dörd ilə yaxın evlilik həyatını arxada buraxan Samirə Əhmədova üç ildir ki, məhkəmələrdə qalıb. 20 yaşında aldadılaraq qaçırdılanda və Moskvaya aparılanda, bir […]

Abadlıq razılıq doğurur, amma…

Son günlər Mingəçevir əsl tikinti meydançasını xatırladır. 2015-ci ildə baş tutacaq olimpiadada su oyunlarının bu şəhərdə keçiriləcəyinə qərar verilməsi abadlıq-quruculuq prosesinə cavabdeh olanları hərəkətə gətirib. Olimpiada şəhərciyinin inşası ilə bərabər yaşayış binalarının fasadlarının yenilənməsi, səkilərə daş döşənməsi, su və kanali-zasiya xətlərinin çəkilişinin sürətlən-dirilməsi razılıq doğurur. Həmsöhbət olduğumuz şəhər sakinləri bütün bu proseslərdən məmnunluq hissi ilə […]

İnternet media ailə dəyərlərinə ciddi təsir edir

Bu fikirləri Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan nümayəndəsi, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli iyunun 14-də Mİngəçevir Media Mərkəzində “İnternet medianın ailə dəyərlərinə tətbiqi” mövzusunda keçirilən tədbirdə söyləyib. “Dünyada internet təhlükəsizliyi ilə bağlı cidddi müzakirələr gedir. İnternetlə baglı əsas məsələlər internet təhlükəsizliyi və ifadə azadlığıdır. Bu fikirlər bir birinin əksidir. […]