Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Amerikalı mütəxəssis Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb

159

2022-ci ilin sentyabr ayından etibarən ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində Amerikalı mütəxəssis John Bunke Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyətə başlayıb.

Bununla əlaqədar olaraq, sentyabrın 20-də MDU-nun rektoru Şahin Bayramov qonaq mütəxəssislə görüşüb.

Görüşdə qonağı salamlayan Ş.Bayramov TEFL (Teaching English as a Foreign Language) sertifikatlı amerikalı mütəxəssisin MDU-da fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib.

MDU-nun yeni vizyonu, hədəfləri və missiyasından söhbət açan Ş.Bayramov son dövrdə universitetin müasirləşməsi istiqamətində həyata keçirilən tədbirlər və yeni tədris ilində qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Universitetdə “Xarici dil müəllimliyi (İngilis dili)” ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsi, eləcə də digər ixtisaslarda “İngilis dili” fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsi, tələbə, müəllim və inzibati heyət üzvlərinin xarici dil bacarıqlarının inkişaf etdirilməsi məsələlərindən bəhs edən rektor qonaq mütəxəssisin bu istiqamətdə fəaliyyətlərə töhfə verəcəyinə əminliyini bildirib və ona uğurlar arzulayıb.

Səmimi görüşə və göstərilən diqqətə görə təşəkkürünü bildirən J.Bunke modernləşmə yolunda sürətlə irəliləyən MDU-da çalışmaqdan məmnunluğunu bildirib. Bilik və təcrübələri ilə universitetin inkişafında pay sahibi olmağa çalışacağını qeyd edən qonaq mütəxəssis gözləntiləri doğruldacağını söyləyib.

Bildirilib ki, qonaq mütəxəssis MDU-da bir il ərzində fəaliyyət göstərəcəkdir. Bununla bağlı bütün xərclər ABŞ Dövlət Departamentinin Fulbright-ETA Proqramı tərəfindən qarşılanacaqdır.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da kadr potensialının və tələbələrin hərtərəfli inkişaf etdirilməsi, eləcə də onların xarici dil bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.