Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən Mingəçevir Dövlət Universitetinin (MDU) kitabxana fonduna 91 adda 145 kitab hədiyyə edilib.
Bununla əlaqədar olaraq, dekabrın 20-də sözügedən kitabların MDU kollektivinə təqdimatı keçirilib.
Təqdimat mərasimində çıxış edən MDU-nun rektoru Şahin Bayramov göstərilən dəstəyə görə AMEA Dilçilik İnstitutunun rəhbərliyinə və müvafiq əməkdaşlarına təşəkkürünü bildirib. Kitabların MDU-da müvafiq ixtisaslar üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edən rektor tələbə və müəllim kollektivini hədiyyə edilən kitablardan fəal surətdə faydalanmağa dəvət edib.
Sonra MDU əməkdaşları çıxış edərək dilçilik və ədəbiyyatşünaslıq sahələrinə aid müxtəlif mövzularda universitetə təqdim edilən kitabları tədris və elmi fəaliyyət baxımından yüksək qiymətləndiriblər.
Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılması və yeni dövrün tələblərinə uyğun elmi kadrların hazırlanması məqsədilə elmi-tədqiqat institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi prioritetlər sırasındadır.
Şərhlər bağlıdır.