Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Almaniyada sovet dövrünün izləri silinir

Bundestaq rəsmisi Leninin və digər GDR liderlərinin adlarını daşıyan küçələrin dəyişdirilməsini təklif edib

19

Almaniya Bundestaqının SED rejiminin qurbanları üzrə komissarı Evelin Zupke ölkədə sovet və keçmiş GDR rəhbərlərinin adlarını daşıyan küçələrin yenidən adlandırılmasını təklif edib. Bu barədə “Bild” nəşri məlumat yayıb.

Zupkenin sözlərinə görə, Almaniyanın yenidən birləşməsindən 35 il keçməsinə baxmayaraq, Lenin, Otto Qrotevol və Vilhelm Pik kimi adların küçələrdə qalması bu günün demokratik cəmiyyəti ilə uyğunluq təşkil etmir.

O qeyd edib ki, Şərqi Almaniyanın bir çox şəhərlərində Leninə, sovet–alman dostluğuna və GDR liderlərinə həsr olunan toponimlər hələ də mövcuddur. Komissar həmin küçələrin adlarının Şərqi Almaniya rejiminə qarşı mübarizə aparmış şəxslərin adları ilə əvəzlənməsini təklif edir.

Məlumat verilir ki, bəzi şəhərlərdə, o cümlədən Yerixovda ad dəyişikliyi prosesinə artıq başlanılıb. Lakin yerli “Almaniya üçün Alternativ” (AfD) partiyası bu qərarları məhkəmə qaydasında ləğv etdirməyə çalışır.

Xatırladaq ki, bundan əvvəl Kiyevdə “derusifikasiya” siyasəti çərçivəsində on küçənin adı dəyişdirilmişdi.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.