Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Alimlərdən Yer kürəsi ilə bağlı narahatedici xəbərdarlıq

20 illik araşdırma göstərir ki, Yerin albedosu azalır və bu, iqlim dəyişikliyini daha da gücləndirir

22

Yer kürəsi getdikcə daha az Günəş işığını əks etdirir və bu proses iqlim dəyişikliyini anlamaq baxımından ciddi siqnal hesab olunur.

“Daily Galaxy”nin məlumatına görə, NASA-nın Radiasiya Elmləri üzrə Baş Texnoloqu Norman Loebin rəhbərlik etdiyi alimlər qrupu planetimizin səthinin əksolunma qabiliyyətində (albedo) baş verən dəyişiklikləri araşdırıb. 2001–2024-cü illəri əhatə edən 20 illik təhlil nəticəsində Yer kürəsinin Günəş radiasiyasını geri qaytarma qabiliyyətinin əhəmiyyətli dərəcədə zəiflədiyi ortaya çıxıb.

Ən böyük dəyişikliklər Şimal yarımkürəsində müşahidə olunub. Araşdırmada qeyd edilir ki, Cənub yarımkürəsi orta hesabla yuxarı atmosferdə radiasiya enerjisi qazanır, Şimal yarımkürəsi isə enerji itkisi ilə üzləşir. Bu balanssızlıq atmosfer prosesləri ilə daha da güclənir.

Alimlər bildiriblər ki, Şimal buzlaqlarının əriməsi, qar örtüyünün azalması və dəniz səthlərinin açılması nəticəsində Günəş radiasiyası daha az əks olunur, daha çoxu isə su və torpaq tərəfindən udulur. Bu isə Yerin ümumi enerji balansını pozur.

Mütəxəssislərin xəbərdarlığına görə, albedodakı kiçik azalma belə uzunmüddətli dövrdə iqlim meyllərinə ciddi təsir göstərə bilər və xüsusilə Arktika bölgəsində qlobal istiləşməni sürətləndirə bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.