Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Aliment ödəyən kişilərin sayı artır – Komitə xəbərdarlıq edir

Boşanmaların artması yeni sosial çağırışlar yaradır

26

Ölkədə qəbul olunmuş “Gender bərabərliyi haqqında” və “Məişət zorakılığı haqqında” qanunların icrası istiqamətində dövlət proqramları hazırlanır və müvafiq tədbirlər həyata keçirilir. Ailə siyasətinin milli-mənəvi dəyərlərə əsaslanaraq formalaşdırılması da prioritet vəzifələrdəndir.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və Təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Sədr müavini qeyd edib ki, son illərdə boşanmaların sayının artması yeni sosial problemlərə yol açıb:
“Aliment ödəməli olan ata və kişilərin sayı da artıb. Lakin alimentlərin vaxtında ödənilməməsi qadınların və uşaqların rifahına birbaşa təsir göstərir və artıq iqtisadi zorakılıq kimi qiymətləndirilə bilər,” – deyə S.Qəhrəmanova bildirib.

O əlavə edib ki, Komitə bu sahədə təhlillər aparıb və müəyyən edib ki, yerli qurumların – xüsusilə bələdiyyələrin fəaliyyəti daha da təkmilləşdirilməlidir:
“Bələdiyyələrin rolu artırılmalı, risk qrupuna daxil olan ailələr müəyyənləşdirilməli və məişət zorakılığına məruz qalan ailələrlə işləmək, qabaqlayıcı tədbirlər görmək prioritet olmalıdır,” – deyə sədr müavini əlavə edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.