Ali məhkəmədən yeni qərar
Ad və soyad dəyişiklikləri üçün yalnız şəxsi zövq kifayət deyil
Azərbaycan Respublikasının Ali Məhkəməsi ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Qərarda vurğulanır ki, şəxsi zövq, emosional bağlılıq və ya adi sosial-mədəni səbəblər dəyişiklik üçün kifayət hesab edilə bilməz. Yalnız şəxsin real, ciddi və əsaslandırılmış məhrumiyyətlərə məruz qalması belə dəyişikliyə əsas ola bilər.
İşin hallarına görə, iddiaçı adını və soyadını dəyişmək istəsə də, birinci və apellyasiya instansiyası məhkəmələri tələbi təmin etməyib. Kassasiya şikayəti üzrə Ali Məhkəmə də əvvəlki qərarları qüvvədə saxlayıb.
Məhkəmə bildirib ki, ad və soyad fərdin özünüifadəsinin mühüm vasitəsidir, lakin bu hüquq mütləq deyil və ictimai maraqlarla uzlaşdırılmalıdır. Dövlət resurslarının istifadəsi də nəzərə alınaraq, dəyişikliklər yalnız real və əsaslı səbəblərə əsaslanmalıdır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.