Aleksandr Lukaşenkodən Tehrana başsağlığı
Əli Xamenei son nəfəsinə qədər İranın suverenliyini qorudu
Belarus Prezidenti Aleksandr Lukaşenko İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkənin Ali Rəhbəri Əli Xameneinin vəfatı ilə bağlı dərin hüznünü ifadə edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilir ki, dini lider ömrünün son anınadək xalqına sədaqət nümayiş etdirib və İranın müstəqilliyi ilə suverenliyini qoruyarkən şəhidliyi mətanətlə qarşılayıb.
Lukaşenko vurğulayıb ki, Əli Xameneinin xatirəsi və dövlət qarşısındakı xidmətləri milyonlarla insanın yaddaşında qalacaq. O, Ayətullahla şəxsən görüşmək imkanını yüksək qiymətləndirdiyini qeyd edib və mərhum liderin Belarus–İran münasibətlərinin inkişafında mühüm rol oynadığını əlavə edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.