Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Aleksandar Vuçiç Azərbaycana səfər edəcək

Serbiya Prezidenti: “Azərbaycan EXPO 2027-də iştirakını təsdiqləyib”

47

Serbiya Prezidenti Aleksandar Vuçiç 2026-cı ilin sentyabrında Azərbaycana rəsmi səfər edəcəyini açıqlayıb. Bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyev ilə Belqraddakı mətbuat konfransında bildirib.

Vuçiç qeyd edib ki, səfəri çərçivəsində sentyabr ayında keçiriləcək iri beynəlxalq konfransda iştirak edəcək.

Dövlət başçısı əlavə edib ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan da Serbiyada təşkil olunacaq “EXPO 2027” sərgisində iştirak etməyi təsdiqləyib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.