Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ailə böhranı ciddi artıb

Ailələrin davamlılığı və uşaqların rifahı üçün yeni strategiyalar vacibdir

53

Rəsmi statistika göstərir ki, Azərbaycanda nigaha daxil olan ailələrin təxminən 50%-i boşanma ilə nəticələnir. Son 3 ilin məlumatları isə bu rəqəmin daha da düşündürücü olduğunu ortaya qoyur.

Deputat Məlahət İbrahimqızı parlamentin plenar iclasında bildirib ki, boşanmaların artması demoqrafik təhlükəsizlik, uşaqların psixoloji vəziyyəti, aliment məsələləri və yeni sosial proqramlar baxımından ciddi maliyyə yükü yarada bilər.

O həmçinin ailə mübahisələrinin tələsik qərarlarla həll edilməsinin səbəblərinə diqqət çəkib və aidiyyəti qurumlardan boşanmaların qarşısının alınması, səbəblərinin araşdırılması və Ailə Məhkəmələrinin yaradılması ilə bağlı konkret addımlar gözlədiyini vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.