Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ağstafada dəhşətli hadisə

Qadın sahibkar iş yerində bıçaqlanıb, şübhəli şəxs polis tərəfindən saxlanılıb

12

Ağstafa rayonunda qadın sahibkar bıçaqlanıb. Hadisə ötən gün axşam saatlarında rayonun Vurğun qəsəbəsində yerləşən kafedə baş verib.

Məlumata görə, kafenin icarədarı, 1982-ci il təvəllüdlü Esmira Kiçikova iş yerində bıçaq xəsarətləri alıb və dərhal Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində qadına xəsarət yetirməkdə şübhəli bilinən Qazax rayon sakini, 30 yaşlı Elmin Qocayev saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.