Ağdaşda yaşayış binasında partlayış ölümlə nəticələnib
Xəstə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, bütün reanimasiya tədbirlərinə baxmayaraq həyatını itirib
Martın 9-da saat 00:40 radələrində Ağdaş Mərkəzi Rayon Xəstəxanasının təcili yardım şöbəsinə bir nəfər gətirilib.
TƏBİB bildirir ki, 1948-ci il təvəllüdlü xəstəyə yanıq şoku və bədən səthinin 90%-dən çoxunu əhatə edən termiki yanıqlar diaqnozu qoyulub. Ona dərhal tibbi yardım göstərilib.
Xəstənin vəziyyəti ağır qiymətləndirildiyindən müalicəsi reanimasiya şöbəsində davam etdirilib. Bütün reanimasiya tədbirlərinə və həkimlərin səylərinə baxmayaraq, xəstənin bioloji ölümü saat 05:20-də qeydə alınıb.
Meyit autopsiya üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ağdaş Rayon Şöbəsinə təhvil verilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.