Ağdaş sakini sirkə turşusundan zəhərlənərək ölüb
Ağdaşda sirkə turşusundan zəhərlənən qız xəstəxanada dünyasını dəyişib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, mərhum 2001-ci il təvəllüdlü Ağdaş rayon sakini Əminə Xankişiyevadır.
Hadisə Ağdaş rayonu ərazisində baş versə də, ölüm faktı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb. Qız yaşadığı ərazidə naməlum səbəbdən sirkə turşusu içərək zəhərlənib. Ağır vəziyyətdə olan xəstə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər bağlıdır.