Ağdaş gəncləri “Əsas Həyat Bacarıqları”na yiyələndilər
Təlim "UNICEF"in Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilib
Ağdaş gəncləri “Əsas Həyat Bacarıqları” təlim paketini uğurla başa çatdırıblar. 2 ay ərzində 16 dərsdən ibarət təlim paketində iştirakçılar “Stresin idarə olunması”, “Dinləmə bacarıqları”, “Empatiya” kimi mövzuları öyrənib, məsuliyyətli olmaq, özünü idarə etmək, diqqətlə dinləmək kimi bacarıqlara yiyələniblər.
Təlimçi Sevinc Məmmədova onlara bu istiqamətlərdə məlumatlar verib, müxtəlif enercayzerdən və innovativ metodlardan istifadə edib.
Təlimin sonunda iştirakçı olan 14 gəncə diplom təqdim edilib.
Qeyd edək ki, təlim “UNICEF”in Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilib.
Şərhlər bağlıdır.