Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ağdaş gəncləri üçün “Əsas Həyat Bacarıqları” təlimi keçirilib

2 ay ərzində 16 dərsdən ibarət təlim paketində iştirakçılar “Stresin idarə olunması”, “Dinləmə bacarıqları”, “Empatiya”, “Özünüqiymətləndirmə”, “İnamlı ünsiyyət” kimi mövzuları öyrənib, məsuliyyətli olmaq, özünü idarə etmək, diqqətlə dinləmək kimi bacarıqlara yiyələniblər. “Basic Life Skills TOT” sertifikatlı təlimçi, fasilitator Sevinc Məmmədova onlara bu istiqamətlərdə məlumatlar verib, müxtəlif enercayzerdən və innovativ metodlardan istifadə edib. Təlimin sonunda isə iştirakçı olan 12 gəncə sertifikat təqdim edilib.

Qeyd edək ki, 2 ay müddətində 16 mövzudan ibarət olan “Əsas Həyat Bacarıqları” proqramında iştirak ödənişsizdir və növbəti aylarda yenidən keçiriləcək. Həmçinin proqram “UNICEF”in Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

Həmçinin gənclər də keçirilən təlimdən razılıqlarını ifadə ediblər. Şərəf Mustafayeva təlimin onun həyatında yaratdığı müsbət dəyişikliklərdən bəhs edib: “Həqiqətən çox maraqlı və hərtərəfli təlim idi. Artıq mən özümü asanlıqla ifadə edə bilirəm”.

Biz də gənclərimizə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Səidə Əsədli

Şərhlər bağlıdır.