Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ağdamda Su çərşənbəsinin ilk tonqalı alovlandı

İşğaldan azad olunan şəhərdə sakinlər bayramı birlikdə qeyd edib, uşaqlar tonqal üzərindən tullanaraq qədim ənənələri yaşadıblar

69

Ağdam şəhərində Su çərşənbəsi qeyd olunub və bayram münasibətilə ilk tonqal alovlandırılıb. Tonqal başına toplaşan sakinlər birgə bayram sevincini yaşayıb, qədim ənənələri yaşadıblar. Uşaqlar isə tonqalın üzərindən tullanaraq inanclara görə köhnə ilin ağırlığını geridə qoyub, yeni ilə ümidlə qədəm qoyublar.

Xatırladaq ki, işğaldan azad olunmuş Ağdamda bu ilin əvvəlindən etibarən əhalinin mərhələli şəkildə köçürülməsinə start verilib. Hazırda şəhərin 2-ci yaşayış kompleksində 223 ailə – ümumilikdə 821 nəfər məskunlaşıb. (AZƏRTAC)

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.