Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ADNSU-da müəllimlərin maaşı artırıldı

Elmi Şuranın qərarı ilə professor-müəllim heyətinin əməkhaqları 15–33% aralığında yüksəldildi

10

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda rektor, dosent Rüfət Əzizovun təqdimatı əsasında professor-müəllim heyətinin əməkhaqlarının artırılması barədə qərar qəbul olunub.

Qərara əsasən:

  • Dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin maaşları 15–20 %,

  • Tyutorların maaşları 33 %,

  • Laborantların maaşları isə 20 % artırılıb.

Artımdan sonra əməkhaqqı məbləğləri belə müəyyən edilib:

  • Professor – 2150 AZN

  • Dosent – 1700 AZN

  • Baş müəllim – 1500 AZN

  • Müəllim – 1350 AZN

Qeyd edək ki, ADNSU-da professor-müəllim heyəti üçün elmi nəticələrə əsaslanan diferensial əməkhaqqı sistemi də mövcuddur. 2025-ci il ərzində 270 nəfər bu imkandan yararlanıb.

Universitet əməkdaşları yanvarın 1-dən etibarən maaşlarını artımla alacaqlar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.