Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ADNSU-da kadr islahatları

Elm və təhsil naziri rəhbər heyətdə dəyişiklik edib, universitetdə yeni təyinat reallaşıb

10

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki prorektoru vəzifəsindən azad olunub.

Bu barədə qərarı elm və təhsil naziri Emin Əmrullayev imzalayıb.

Əmrə əsasən, ali məktəbin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və təsərrüfat işləri üzrə prorektor, dosent Səyami Hüseynov tutduqları vəzifələrdən azad ediliblər.

Nazirin digər əmri ilə universitetin İT Mərkəzinin direktoru, dosent Elviz İsmayılov ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən təyin olunub. Hazırda o, hər iki vəzifəni yerinə yetirir.

Qeyd edək ki, bu il fevralın 4-də dosent Rüfət Əzizov ADNSU-nun rektoru təyin olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.