Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ vitse-prezidenti Vens Azərbaycana səfərini “çox uğurlu” adlandırdı

Vens Prezident İlham Əliyevlə regional və qlobal məsələləri müzakirə edib, Cənubi Qafqazda sülh və ticarətin inkişafına ümidini ifadə edib

56

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfərini başa vurduqdan sonra hava limanında jurnalistlərə açıqlama verib və səfəri “çox uğurlu” adlandırıb.

Vens bildirib ki, səfər zamanı Azərbaycan Prezidenti ilə bir sıra vacib məsələlər müzakirə olunub. O, ABŞ Prezidenti Donald Trampın liderliyi sayəsində Cənubi Qafqazda müharibə yerinə sülh və ticarətin inkişafının təmin olunacağını vurğulayıb.

Vitse-prezident həmçinin Prezident İlham Əliyevə təşəkkür edərək onu nüfuzlu dünya lideri adlandırıb və regional, qlobal məsələlər, eləcə də terrorizmə qarşı mübarizə barədə fikir mübadiləsi aparıldığını qeyd edib. “Beləliklə, bu, əla bir səfər idi”, – deyə Vens əlavə edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.