ABŞ və İsrailin İrana qarşı əməliyyatları enerji bazarını sarsıda bilər
Hörmüz boğazındakı gediş-gəliş məhdudiyyətləri Avropada qaz qiymətlərini 25% artırmağa səbəb ola bilər
Benzin qiymətləri 25% bahalaşa bilər – FT xəbər verir
ABŞ və İsrailin İrana qarşı hərbi addımları nəticəsində yanacaq bazarında kəskin artım gözlənilir.
“The Financial Times” qəzeti “Wood Mackenzie” konsaltinq şirkətinin analitiki Tom Marzek-Manserə istinadla xəbər verir ki, Hörmüz boğazında yaranan gediş-gəliş məhdudiyyətləri Yaxın Şərqdən Asiya və Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə ciddi təsir göstərə bilər. Marzek-Manserin proqnozuna görə, martın 2-də ticarət açıldıqdan sonra Avropada qazın qiyməti təxminən 25% artacaq.
Qətər və BƏƏ isə qlobal LNG tədarükünün 20%-ni bu marşrut vasitəsilə nəql edirlər ki, hər hansı fasilə qlobal bazarlarda qiymət dalğalanmalarına səbəb olur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.