Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ uranın zənginləşdirilməsini yenidən başlayır

Energetika naziri Kris Rayt bildirib ki, Tennessi ştatında yeni zavodun tikintisi üçün 900 milyon dollar ayrılıb və bu addım milli təhlükəsizlik baxımından vacibdir.

34

ABŞ öz ərazisində uranın zənginləşdirilməsi fəaliyyətini bərpa etməyi planlaşdırır. Bu barədə ölkənin energetika naziri Kris Rayt açıqlama verib.

Məlumata görə, Fransanın “Orano” şirkəti Tennessi ştatında uran zənginləşdirmə zavodunun inşası üçün ABŞ Energetika Nazirliyindən 900 milyon dollar maliyyə dəstəyi alıb.

Nazir qeyd edib ki, silah laboratoriyaları istisna olmaqla, hazırda ölkədə uranı zənginləşdirən şirkətlərin sayı çox azdır. Onun sözlərinə görə, milli təhlükəsizliyin təmin edilməsi və yeni nəsil nüvə reaktorlarının yanacaqla təchizatı üçün bu sahədə istehsal güclərinin artırılması vacibdir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.