Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin üzvləri Mingəçevir Dövlət Universitetində olublar

2020-ci ilin 29 fevral tarixində “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin üzvlərinin iştirakı ilə Mingəçevir Dövlət Universitetində (MDU) “Məzunlar danışır – Mingəçevir” adlı tədbir keçirilib.

Qonaqları salamlayan MDU-nun rektoru Şahin Bayramov onlara universitet haqqında ümumi məlumat verib və “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi ilə birgə tədbirin keçirilməsini yüksək qiymətləndirib. Özünün də xaricdə təhsil aldığını qeyd edən Ş.Bayramov ABŞ universitetlərinin məzunları ilə görüşün MDU-nun tələbələri və gənc əməkdaşları üçün faydalı olmasına əminliyini bildirib.

“ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin layihə meneceri Fatma Qurbanova tədbirin keçirilməsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib və MDU kollektivi ilə görüşməkdən məmnun olduqlarını vurğulayıb.

Universitetin böyük akt zalında təşkil olunan tədbirdə sözügedən İctimai Birliyin təmsilçiləri Fatma Qurbanova, Çinarə İmanquliyeva, Cavanşir Hüseynli, Gültən Məcidova, Rauf Əmirli, Leyla Həsənova, Dilarə Umudova və Sadiq Ağalarov xaricdə təhsilllə bağlı təəssüratlarını bölüşüblər. Çıxış edənlər ABŞ-da təhsil aldıqları müxtəlif proqramlar barədə ətraflı məlumat veriblər.

Tədbirdə xaricdə təhsilin üstünlükləri, əmək bazarının sürətlə dəyişən tələbləri, xarici dilləri öyrənməyin vacibliyi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

İştirakçıların böyük marağına səbəb olan tədbirin sonunda MDU tələbələri və gənc əməkdaşlarının çoxsaylı sualları qonaqlar tərəfindən cavablandırılıb.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.