ABŞ senatorundan sərt ittiham
Kris Merfi: İranda məktəbə zərbə böyük səhvdir
ABŞ senatoru Kris Merfi İranda qızlar məktəbinə endirilən zərbəni kəskin tənqid edib və hadisəni bağışlanmaz səhv adlandırıb.
Konnektikut ştatını təmsil edən demokrat senator bu barədə CNN telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, İranın Minab şəhərində yerləşən qızlar üçün təhsil müəssisəsinə edilən hücumun ABŞ tərəfindən həyata keçirildiyi ehtimalı yüksəkdir və bu, ciddi yanlış qərardır.
“Böyük ehtimalla həmin zərbə ABŞ tərəfindən endirilib və bu, qəbuledilməzdir. Müharibənin ilk günündə hədəf seçimində belə bir səhvin baş verməsi hərbi rəhbərliyin peşəkarlığına kölgə salır”, – deyə senator vurğulayıb.
Merfi əlavə edib ki, hücumun məktəbə qəsdən deyil, ehtiyatsızlıq nəticəsində endirildiyini düşünür.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.