ABŞ səfirliyi Xocalı qurbanlarının xatirəsini yad edib
Diplomatik nümayəndəlik Azərbaycan xalqına başsağlığı verərək davamlı sülhün vacibliyini vurğulayıb
ABŞ-ın Bakıdakı səfirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Müvafiq paylaşım diplomatik missiyanın X sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunub.
Paylaşımda deyilir:
“Bu gün 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini anmaq üçün Azərbaycan xalqı ilə bir yerdəyik. ABŞ-ın Bakıdakı səfirliyi adından yaxınlarını itirən ailələrə və dostlara dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini ehtiramla yad edərkən, insan ləyaqətinin, mərhəmətin və gələcək nəsillər üçün davamlı sülhün qurulmasının vacibliyini bir daha vurğulayırıq.”
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.