ABŞ Prezidenti Tramp İranla bağlı hərbi variantları dəyərləndirir
Məhdud miqyaslı əməliyyat ehtimalı nüvə razılaşması üçün təzyiq vasitəsi kimi müzakirə olunur
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə qubernatorlarla keçirilən görüş ərəfəsində İranla bağlı mümkün lokal hərbi addım variantını dəyərləndirdiyini açıqlayıb.
O, jurnalistlərin sualını cavablandırarkən belə bir ehtimalın gündəmdə olduğunu istisna etməyib və bu seçimi nəzərdən keçirdiyini bildirib.
Bundan əvvəl “The Wall Street Journal” nəşri yazmışdı ki, Tramp Tehranın Vaşinqton üçün daha sərfəli şərtlərlə nüvə razılaşmasına razılaşması məqsədilə məhdud miqyaslı əməliyyat imkanını müzakirə edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.