Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ prezidenti Donald Tramp: İranın ali lider seçiminə təsir etmək istəyir

Tramp Xameneinin oğlunu səriştəsiz hesab edir və İrana sülh gətirəcək rəhbər istəyir

83

ABŞ prezidenti Donald Tramp İranın ali liderinin seçilməsində rol oynayacağını bildirib. Prezident “Politico”ya verdiyi müsahibədə Xameneinin oğlunu zəif və səriştəsiz fiqur adlandırıb:
“O, mənim üçün qəbuledilməzdir. Çünki o, atasının siyasətini davam etdirəcək və bu da növbəti 5 il ərzində ABŞ ilə İran arasında yeni qarşıdurmaya gətirib çıxaracaq. Biz İrana harmoniya və sülh gətirəcək bir rəhbər istəyirik” – deyə Tramp qeyd edib.

O, əlavə edib ki, İranda rəhbər seçiminə böyük təsir göstərmək istəyir:
“Əks halda razılaşma olmayacaq. İranın gələcək rəhbərliyindən nüvə silahı olmayan bir dövlət qurmağı gözləyirəm. Onlara yaxşı seçimlər etməkdə yardımçı olmaq istəyirəm. Venesuelada olduğu kimi, İrandakı təyinatda da iştirak etməliyəm” – deyə ABŞ prezidenti vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.