Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ-İran gərginliyi

Senator Cim Riş xəbərdarlıq etdi: "Ayıq-sayıq olmalıyıq, Tehran dayanmır"

29

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş İranla bağlı ciddi xəbərdarlıq edib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın addımları Tehranı nüvə silahı əldə etmək imkanından məhrum edib, lakin İran bu cəhdlərdən əl çəkməyəcək.

Senator bildirib ki, ABŞ indiyə qədər qarşılaşmadığı səviyyədə qlobal nüvə təhdidləri ilə üz-üzədir: “Tarixdə ilk dəfədir ki, eyni anda Rusiya və Çin kimi nüvə gücləri ilə, həmçinin Şimali Koreya və İran kimi nüvə ambisiyalı qeyri-sabit dövlətlərin yaratdığı təhlükələrlə qarşı-qarşıyayıq”.

Cim Riş həmçinin Rusiya və Çinin nüvə silahlarına nəzarət sahəsində əməkdaşlıqdan yayınmalarına diqqət çəkib və bildirib ki, bu ölkələr silah potensiallarını artırmaqda davam edir.

Xarici Əlaqələr Komitəsinin sədri İranın nüvə proqramını ayrıca qeyd edib: “Tramp bu ilin əvvəlində İranın nüvə obyektlərinə qarşı tədbirlər görüb və bu addımlar ABŞ, İsrail və digər ölkələrin təhlükəsizliyini qoruyub. Lakin İran dayanmır və buna görə ayıq-sayıq olmalıyıq”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.