Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ-ın Venesueladakı əməliyyatından sonra Latın Amerikasında gərginlik

Maduronun qaçırılması iddiaları Kubada təşviş yaradıb, hökumət təhlükəsizlik tədbirlərini gücləndirir, əhali isə mümkün müdaxilədən narahatdır

116

ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirməsindən sonra Kubada təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə ölkədə ciddi narahatlıq yaradıb, əhali arasında həm qorxu, həm də mövcud rejimin dəyişəcəyinə dair ümidlər artıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin yazdığına görə, Karakasda həyata keçirilən ildırımsürətli əməliyyat zamanı Venesuela hökumətinə hərbi mühafizə və kəşfiyyat dəstəyi verən çoxsaylı kubalı hərbçilər zərərsizləşdirilib. Bunun əvəzində Venesuela uzun müddətdir Kubaya yanacağı güzəştli şərtlərlə tədarük edirdi və həmin neft adada elektrik enerjisinin istehsalında mühüm rol oynayırdı.

ABŞ-nin əməliyyatı asanlıqla və demək olar ki, itkisiz həyata keçirməsi kubalıları sarsıdıb, Havana hakimiyyətinin mümkün xarici müdaxilədən özünü qorumaq qabiliyyətinə olan inamı azaldıb. ABŞ dövlət katibi Marko Rubionun sərt açıqlamaları da gərginliyi daha da artırıb.

“Bloomberg” qeyd edir ki, Havananın və digər böyük şəhərlərin küçələrində polis və hərbçilərin sayı artıb, ümumi ab-hava isə xeyli gərgindir. 47 yaşlı kubalı müxalifətçi Taymir Qarsiyanın sözlərinə görə, insanlar qorxulu və əsəbi olsalar da, eyni zamanda dəyişiklik ehtimalını da düşünürlər.

Bütün bunlar SSRİ-nin dağılmasından sonra Kubanın əsas dəstəkçisini itirdiyi dövrdən bəri yaşanan ən ağır iqtisadi böhran fonunda baş verir. Əgər Venesuela yardımı tamamilə dayandırsa, vəziyyət daha da pisləşə bilər.

Kuba Prezidenti Migel Dias-Kanel xalqı inqilabı müdafiə etməyə çağırsa da, bir çox kubalı üçün əsas məqsəd mümkün qarşıdurma şəraitində sadəcə sağ qalmaqdır. “İşıq yoxdur, xəstəxanalar, məktəblər, nəqliyyat işləmir. Hamı nəyinsə dəyişməsini istəyir”, – deyə sakin Marta Vaskes bildirib.

qısaltdınmı

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.