ABŞ-ın Cənubi Qafqaz strategiyası
İlkin İşçi qruplarının yaradılması ilə tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur
Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun fəaliyyətinə başlanacaq.
Bunu “Report”un ABŞ bürosuna Birləşmiş Ştatların Dövlət Departamentinin Mətbuat xidməti bildirib. Qurum qeyd edib ki, bu təşəbbüs iki ölkə arasında əməkdaşlığın yeni mərhələsini formalaşdırmağı hədəfləyir.
“ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun nizamnaməsi regional əlaqələrin möhkəmləndirilməsi, iqtisadi investisiyaların artırılması və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi üçün hazırlanıb. Bu, ABŞ-Azərbaycan strateji tərəfdaşlığının gücləndirilməsi baxımından vacib bir addımdır”, – məlumatda bildirilib.
Həmçinin ABŞ hökuməti ilin sonuna qədər Azərbaycanla yanaşı, Ermənistanla da İşçi qruplarının yaradılmasını planlaşdırır. Qurum vurğulayıb ki, ABŞ əldə olunmuş razılaşmalar çərçivəsində hər iki ölkə ilə əməkdaşlığı dərinləşdirməyə sadiqdir və ilkin İşçi qruplarının yaradılmasını təmin edəcək.
Qeyd edək ki, bu təşəbbüs 8 avqustda Vaşinqtonda imzalanmış birgə Bəyannamə və Anlaşma Memorandumlarının icrası ilə əlaqədardır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.