ABŞ Ermənistana milyardlıq investisiya yatırmağı planlaşdırır
Təxminən 13 milyard dollar investisiya ölkənin ÜDM-nin yarısını təşkil edə bilər; 9 milyard dollar mülki nüvə enerjisinə yönəldiləcək
Ermənistan ABŞ-dan 13 milyard dollardan çox investisiya alacağını gözləyir ki, bu məbləğ ölkənin ÜDM-nin təxminən yarısına bərabərdir. Bu barədə “Bloomberg”in məqaləsində məlumat verilir.
Həmin məqalədə bildirilir ki, 9 milyard dollarlıq investisiya əsasən mülki nüvə enerjisi sahəsində tərəfdaşlığa yönələcək və Metsamor nüvə qurğusu, ehtimal ki, yeni bir müəssisə ilə əvəz olunacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.