Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ-dan Ukraynaya siqnal

“Tomahawk” raketlərinin verilməsi barədə qərar hələ də müzakirə mərhələsindədir

16

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanın Amerika silahlarından istifadə edərək Rusiyanın dərinliklərinə zərbə endirməsinə qarşı çıxmır.

Bu barədə Trampın xüsusi nümayəndəsi Kit Kelloq “Fox News” telekanalına açıqlama verib. Onun sözlərinə görə, prezident Donald Tramp, vitse-prezident Ceyms Vens və dövlət katibi Marko Rubionun son açıqlamaları Kiyevin uzaqmənzilli zərbələrinə Vaşinqtonun razılıq verdiyini göstərir.

Kelloq əlavə edib ki, ABŞ-ın Ukraynaya “Tomahawk” tipli raketlər verməsi ilə bağlı qərar hələ qəbul edilməyib:
“Bu məsələ üzrə yekun qərar yoxdur”, – deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş zamanı uzaqmənzilli silahlarla bağlı məhdudiyyətlərin qaldırılmasının mümkün olduğunu istisna etməmişdi. Bununla belə, o, hələ ki, bu istiqamətdə birbaşa öhdəlik götürməkdən çəkinir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.