Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ-dən yeni diplomatik təşəbbüs

Donald Tramp Nikol Paşinyanı Qəzza üzrə yaradılacaq “Sülh Şurası”na təsisçi üzv kimi dəvət edib

322

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı Qəzza üzrə formalaşdırılması nəzərdə tutulan “Sülh Şurası”na qoşulmağa dəvət edib. Ermənistan KİV-lərinin yaydığı məlumata əsasən, bu barədə hökumət başçısının mətbuat katibi Nazeli Baqdasaryan açıqlama verib.

Onun sözlərinə görə, Paşinyana ünvanlanan dəvət Şurada təsisçi üzv statusu ilə iştirak imkanını nəzərdə tutur. Bildirilib ki, Ermənistanın baş naziri bu təşəbbüsü diqqətlə dəyərləndirərək, ölkəsinin beynəlxalq sülh proseslərinə töhfə vermək niyyətində olduğunu ifadə edib.

Nazeli Baqdasaryan vurğulayıb ki, rəsmi İrəvan sözügedən platformanı regionda və dünyada sabitliyin təşviqi baxımından mühüm mexanizm kimi qiymətləndirir və bu istiqamətdə məsuliyyətli mövqe sərgiləməyə hazırdır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.