ABŞ–Azərbaycan təhlükəsizlik əməkdaşlığı genişlənir
Vaşinqton Xəzər dənizində ərazi sularının mühafizəsi üçün Azərbaycana yeni qayıqlar təqdim edəcək
ABŞ Xəzər dənizində Azərbaycanın ərazi sularının mühafizəsi üçün ölkəmizə yeni qayıqlar təqdim edəcək.
Bu barədə Azərbaycanda rəsmi səfərdə olan ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı məlumat verib.
Vens bildirib ki, bu addım Azərbaycanın dəniz təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək:
“Ərazi sularınızı qorumaq səylərinizə dəstək məqsədilə Azərbaycana yeni qayıqlar verəcəyik”.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.