Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ Arktikada mövqelərini gücləndirmək istəyir

Donald Tramp administrasiyası Rusiya və Çinin artan təsirini balanslaşdırmaq üçün Qrenlandiyanın mümkün satın alınmasını müzakirə edir

687

ABŞ Prezidenti Donald Tramp administrasiya daxilində Qrenlandiyanın mümkün satın alınması məsələsini gündəmə gətirib. Bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Vaşinqton Arktika bölgəsində Rusiya və Çinin artan fəallığını strateji risk kimi qiymətləndirir və Qrenlandiya bu baxımdan mühüm əhəmiyyət daşıyır. Levitt bildirib ki, Trampın milli təhlükəsizlik üzrə komandası adanın əldə olunmasının hansı mexanizmlərlə reallaşa biləcəyini müzakirə edir.

Ağ Ev rəsmisi qeyd edib ki, Qrenlandiyaya nəzarət ABŞ-yə Arktikada daha geniş hərbi və siyasi mövqe qazandırmaqla yanaşı, uzunmüddətli təhlükəsizlik maraqlarına da xidmət edə bilər.

Xatırladaq ki, Donald Tramp bir neçə gün əvvəl ABŞ və Avropa İttifaqının təhlükəsizliyi baxımından Qrenlandiyanın strateji rolunu xüsusi vurğulamışdı. O, Danimarkanın adanın təhlükəsizliyini tam təmin edə bilmədiyini iddia edərək, Çin və Rusiya gəmilərinin bölgədə aktivliyinin artdığını diqqətə çatdırmışdı.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.