Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Abituriyentlər üçün ixtisas seçimi davam edir

Boş qalan plan yerlərinə müraciət üçün son tarix sentyabrın 2-si, saat 23:59-dur

17

Ali məktəblərin vakant yerlərinə və 11 illik orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi prosesi davam edir. Son müraciət tarixi 2 sentyabr saat 23:59-dur.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Qeyd olunub ki, seçim hüququ olan abituriyentlər 20-dək ixtisas kodunu müəyyən edib, onları istədikləri ardıcıllıqla elektron ərizəyə daxil etməli və təsdiqləməlidirlər. Bunun üçün abituriyentlər eservices.dim.gov.az/erizebak/ixtisas2 ünvanına daxil ola bilərlər.

Ali təhsil müəssisələrinin boş plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında, kolleclərin qəbul aparılan ixtisasları isə jurnalın 5-ci sayında dərc olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.