Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan kənd təsərrüfatında süni intellektə keçidi planlaşdırır

Milli Məclisin üzvü Vüqar İskəndərov məlumat bazalarını birləşdirəcək və fermerlərə tövsiyələr verəcək süni intellekt sisteminin zəruriliyini vurğulayıb.

29

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Vüqar İskəndərov komitədə keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə bildirib ki, Azərbaycanın növbəti mərhələdə ağıllı kənd təsərrüfatı modelinə keçidi həm real, həm də zəruridir.

O qeyd edib ki, “Ağıllı fermer” adlı milli süni intellekt platformasının yaradılması məqsədəuyğun olardı. Bu platforma məlumat bazalarını birləşdirərək fermerlərə mobil tətbiq vasitəsilə fərdi tövsiyələr təqdim edə bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.