Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İranın yeni ali rəhbəri Müctəba Xamenei müharibənin ilk günündə yaralanıb

Müctəba Xamenei atasının ölümündən sonra sirli şəkildə fəaliyyət göstərir, İsrail və ABŞ-dan gələn təhlükələrdən dolayı ictimai çıxışını məhdudlaşdırıb.

99

İranın yeni ali rəhbəri Müctəba Xamenei müharibənin ilk günündə yaralanıb və hazırda sağlamlıq vəziyyəti tam aydın deyil. Bu barədə “New York Times” ABŞ və İran mənbələrinə istinadla məlumat yayıb.

Mənbələr bildirir ki, Müctəba, atasının – Əli Xameneinin – ölümündən sonra hələ də ictimaiyyət qarşısına çıxmayıb, video və yazılı açıqlama verməyib. İran rəsmiləri bunun əsas səbəblərindən birinin İsrailin onu hədəf alması və ABŞ-ın buna işarə etməsi olduğunu bildirirlər.

Son məlumatlara görə, 56 yaşlı yeni lider ağır yaralanıb, amma təhlükəsiz yerdədir və huşu yerindədir. Xəsarətin dəqiq dərəcəsi isə hələ məlum deyil.

Əli Xamenei fevralın 28-də Tehranda hava hücumu nəticəsində öldürülüb. Həmin hücumda Müctəbanın anası, həyat yoldaşı, azyaşlı qızı və bir neçə yüksək vəzifəli təhlükəsizlik rəsmisi də həlak olub.

İranın rəsmi mediyası Müctəbaya “ali rəhbər və yaralı müharibə veteranı” kimi istinad edib. Ötən həftə onun varisliyi elan edildikdən sonra Tehranda böyük plakatlar və divar rəsmləri vasitəsilə ictimaiyyətə təqdim olunub.

Müctəba illərdir sirli fiqur hesab olunur, SEPAH ilə yaxın əlaqələri var və atasının hərbi və təhlükəsizlik işlərini koordinasiya edib. Onun gələcək planları və rəhbərlik strategiyası barədə isə çox az məlumat mövcuddur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.