Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran ABŞ-ın İraqdakı Hərir bazasına raket zərbəsi endirib

SEPAH bazaya beş raket atıldığını açıqlayıb, itki və ziyan barədə məlumat hələlik yoxdur

35

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraq Kürdüstanındakı Hərir hərbi bazasına raket hücumu həyata keçirdiyini açıqlayıb.

İİKK-nın mətbuat xidmətindən bildirilib ki, bazaya korpusun quru qüvvələrinə məxsus raketçilər tərəfindən beş raket atılıb.

Bəyanatda vurğulanır ki, zərbələr ABŞ ordusunun Hərir hava bazasındakı qərargahını hədəf alıb. İİKK hələlik itki və ya ziyanla bağlı ətraflı məlumat təqdim etməyib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.