Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Trampın Müctəba Xamenei ilə bağlı şərti açıqlanıb

ABŞ prezidentinin sözlərinə görə, İranın yeni ali rəhbəri Vaşinqtonla kompromisə getməzsə, onun hakimiyyətdə qalması sual altına düşə bilər.

20

Müctəba Xameneinin hakimiyyətdə qalması ilə bağlı Trampın şərti açıqlanıb

ABŞ və İsrailin, güzəştə getməyən İranın yeni ali rəhbəri Müctəba Xameneiyə qarşı mümkün tədbirləri nəzərdən keçirdiyi iddia olunur.

Bu barədə The Wall Street Journal ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Donald Trump yaxın çevrəsinə bildirib ki, əgər Müctəba Xamenei Vaşinqtonla kompromisə getmək niyyətində olmasa, onun hakimiyyətdən uzaqlaşdırılması ideyasına dəstək verə bilər. Ağ Evin əsas tələblərindən biri isə İranın yeni rəhbərliyin dövründə nüvə proqramından imtina etməsidir.

Nəşr qeyd edir ki, Vaşinqton Xameneini sərt mövqeli siyasətçi kimi qiymətləndirir və onun İranın nüvə silahı əldə etmək planlarından geri çəkiləcəyinə və ya ABŞ ilə sərfəli şərtlərlə danışıqlara gedəcəyinə çox da inanılmır.

Məqalədə bildirilib ki, mümkün əməliyyatın arxasında İsrailin dayana biləcəyi ehtimalı da müzakirə olunur. İddialara görə, İranın keçmiş ali rəhbəri Ali Khamenei və həyat yoldaşının ölümünə səbəb olan hava hücumu da İsrail tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Donald Tramp martın 8-də ABC News telekanalına müsahibəsində İranın növbəti ali rəhbərinin Vaşinqtonun razılığı olmadan uzun müddət hakimiyyətdə qala bilməyəcəyini bildirmişdi.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.