Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qlobal enerji bazarında qiymət artımı

“Azeri Light” markalı neftin bir bareli dünya bazarında 8,89 faiz bahalaşaraq 103,03 dollara yüksəlib.

86

Dünya enerji bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində artım müşahidə olunub.

Bir barel Azərbaycan neftinin dəyəri 8,41 ABŞ dolları və ya 8,89 faiz yüksələrək 103,03 ABŞ dollarına çatıb.

Xatırladaq ki, “Azeri Light” markalı neftin ən aşağı qiyməti 2020-ci ilin 21 aprel tarixində – 15,81 ABŞ dolları səviyyəsində qeydə alınıb. Bu neftin tarixdə ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.