Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Husilər iranın müharibəsinə qoşulduğunu açıqlayıb

“Ənsar Allah” hərəkatı müharibədə iştirak edəcəyini bildirərək, yeni ali lider Müctəba Xameneinin seçilməsini alqışlayıb

59

Husilər İranın müharibəsinə qatıldığını açıqlayıb

İranın “Fars” agentliyi Yəməndə fəaliyyət göstərən husilərin yüksək rütbəli nümayəndəsinə istinadla xəbər yayıb ki, “Ənsar Allah” qruplaşması İranın apardığı hərbi əməliyyatlarda iştirak edəcək.

Nümayəndə bildirib: “Düşmən üçün sürprizlər hazırlayırıq”.

Qeyd olunur ki, husilər bu qərarlarını ilk dəfə fevralın 28-də, müharibənin başladığı gün elan etmişdilər, lakin həmin vaxtdan indiyədək konkret hərbi addımlar atıldığı barədə məlumat yoxdur.

Martın 8-də isə “Ənsar Allah” hərəkatı bəyanat yayıb və Müctəba Xameneinin İranın ali lideri seçilməsini alqışlayıb. Bəyanatda Ekspertlər Şurasının qərarı “İslam inqilabının yeni qələbəsi və İranın düşmənlərinə sarsıdıcı zərbə” kimi qiymətləndirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.