Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Türkiyəyə raket hücumu yenidən baş verdi

İranın atdığı ballistik raket NATO sistemi tərəfindən məhv edildi, qəlpələr Qaziantepə düşdü

82

İran növbəti dəfə Türkiyə istiqamətində ballistik raket buraxıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemi tərəfindən havada zərərsizləşdirilib. Təhlükə aradan qaldırılsa da, raketin qəlpələri Qaziantep bölgəsində boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Nazirlik bəyan edib ki, Türkiyə mehriban qonşuluq münasibətlərinə və regional sabitliyə böyük önəm verir. Bununla yanaşı, ölkə ərazisinə və hava məkanına yönələn istənilən təhdidə qarşı bütün zəruri tədbirlərin qətiyyətlə görüləcəyi vurğulanıb.

Qeyd edək ki, İran martın 4-də də Türkiyə istiqamətində ballistik raket buraxmışdı. Həmin raket də NATO qüvvələri tərəfindən zərərsizləşdirilmişdi.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.