Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rusiya qanunu Ukraynada döyüşən xarici vətəndaşların ekstradisiyasını qadağan edir

Azərbaycan vətəndaşlarına qarşı cinayət işləri davam edir.

294

Prezident Vladimir Putin Rusiya Silahlı Qüvvələri tərkibində Ukraynaya qarşı döyüşən şəxslərin xarici ölkələrə ekstradisiyasını qadağan edən qanunu imzalayıb.

Qanuna görə, müqavilə əsasında xidmət edən və ya xidməti başa vuran xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər ekstradisiya edilməyəcək. Bu qərar xarici ölkələrin həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı sorğularını rədd etmək üçün əsasdır.

Azərbaycan Baş Prokurorluğu əvvəllər xəbərdarlıq edib ki, qeyri-qanuni silahlı birləşmələrdə iştirak edən şəxslər 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası ala bilər. Artıq bir neçə vətəndaşımız barəsində cinayət işləri başlanıb və bəzi işlər üzrə məhkəmə hökmü çıxarılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.