Bizimlə həyatınız həmişə işıqlı olacaq!

DTX İrana bağlı terror planını ifşa etdi

Sepah Korpusu tərəfindən planlaşdırılan sui-qəsd və partlayıcı əməliyyatlar zərərsizləşdirildi

190

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirdiyi kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı – Sepah Korpusu tərəfindən ölkəmizdə planlaşdırılan terror və kəşfiyyat əməliyyatlarının qarşısını alıb.

Trend-in məlumatına görə, İİKK-nın əlaqə saxladığı və Azərbaycan ərazisində kəşfiyyat məlumatlarının toplanmasını, həmçinin terror təxribatı və sui-qəsd cəhdlərini həyata keçirməyi planlaşdıran şəxslər müəyyən edilib.

Məlumata görə, Bakının Qaradağ rayonunun Səngəçal kəndində körpünün altına partlayıcı qurğu yerləşdirməli olan şəxsə 50.000 ABŞ dolları vəd edən İran vətəndaşı Şeyxzadə Səccad Moğadam Sati Sofi Evad axtarılırdı.

Həmçinin müəyyən olunub ki, Şeyxzadə İİKK-dan xüsusi təlimatlar alaraq Azərbaycan Respublikasında yaşayan yəhudi əsilli şəxslərə qarşı sui-qəsd planları hazırlamağa cəhd göstərib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.