Bizimlə həyatınız həmişə işıqlı olacaq!

DTX İrana bağlı terror planının qarşısını aldı

Strateji hədəflər arasında Bakı-Ceyhan neft kəməri və İsrail səfirliyi də olub

103

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi genişmiqyaslı əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı – Sepah Korpusu tərəfindən ölkəmizdə planlaşdırılan terror və kəşfiyyat fəaliyyətlərinin qarşısı alınıb.

Məlumata görə, cəmiyyətdə panika yaratmaq və Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq məqsədilə bir sıra strateji obyektlər hədəf seçilib. Bu hədəflər sırasında Bakı-Ceyhan neft kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ yəhudiləri icmasının lideriAşkenazi sinaqoqu da olub.

Planın icrası üçün ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə üç partlayıcı qurğu gətirilib. Görülən əməliyyat tədbirləri nəticəsində həmin partlayıcı qurğular aşkar edilərək zərərsizləşdirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.