Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda 1 nömrəli səfərbərliklə bağlı açıqlama

Müdafiə Nazirliyi bildirir ki, bu halda Silahlı Qüvvələr tam döyüş hazırlığı vəziyyətinə gətirilir və ehtiyatda olan hərbçilər xidmətə çağırıla bilər.

146

Azərbaycan Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliklə bağlı izahat verib.

Nazirliyin məlumatına görə, 1 nömrəli səfərbərlik elan olunarsa, Silahlı Qüvvələr tam döyüş hazırlığı vəziyyətinə gətirilir və ehtiyatda olan hərbi qulluqçular xidmətə çağırıla bilər.

Qeyd olunub ki, səfərbərlik çərçivəsində hərbi hissələr əvvəlcədən müəyyən edilmiş mövqelərə və ya təyin olunmuş ərazilərə dislokasiya edilir.

Müdafiə Nazirliyi bildirib ki, bu addımlar ordunun operativ hazırlıq səviyyəsinin yüksəldilməsi və mümkün təhlükələrə qarşı çevik reaksiya verilməsi məqsədi daşıyır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.